“Qarabağ”ın oyununa 24 min bilet satılıb

“Qarabağ”ın oyununa 24 min bilet satılıb
  13 Avqust 2019    Oxunub:1877
Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL oyununa bilet satışı davam edir.
Azvision.az xəbər verir ki, artıq 24 min bilet alınıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlanacaq. Kiprdəki ilk görüşdə "Qarabağ" 1:2 hesabı ilə qalib gəlib.

Azvision.az


Teqlər: Qarabağ   Bilet  





Xəbər lenti