Yanvardan avtobuslar “kart”a keçəcək

Yanvardan avtobuslar “kart”a keçəcək
  04 Dekabr 2013    Oxunub:1278
“Yanvar ayından etibarən mindən çox avtobusda kart sistemi tətbiq olunacaq”.

Bu barədə AzVision.az-a Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov məlumat verib.

Nazirlik rəsimisinin sözlərinə görə, hazırda kartların hazırlanma prosesi gedir:

“Validatorların avtobusa quraşdırılma prosesi həyata keçirilir. Ona görə də birinci mərhələdə kart sistemini Bakı şəhərində 1000 avtobusda tətbiq edəcəyik. Sonra isə bu sistem Bakıdakı bütün avtobuslara aid ediləcək. 2014-cü ildən başlayaraq avtobuslarda kart sisteminin tətbiqinə başlanılacaq”.

Nazirlik sözçüsü əlavə edib ki, kart sistemi hələki Bakı və Bakıətrafı qəsəbələr, o cümlədən Bakıdan Sumqayıta hərəkət edən avtobuslara aid ediləcək.

Qeyd edək ki, ilkin mərhələdə 1, 6, 13, 14, 24, 37, 46, 49, 65, 90, 95, 96 saylı avtobuslarda kart sisteminin tətbiq ediləcək. Kartın qiyməti 1 və ya 2 manat olacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti