Dörd güləşçimiz təsəlliverici görüşə çıxacaq

Dörd güləşçimiz təsəlliverici görüşə çıxacaq
  13 Avqust 2019    Oxunub:1559
Bu gün Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı start götürüb.
Azvision.az -ın məlumatına görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Milli üzvlərindən Mahir Məmmədzadə (57 kq) debütdə yapon güləşçiyə müqavimət göstərə bilməyib. Rəqibin finala yüksəlməsi Mahirə təsəlliverici görüşə vəsiqə verib.

Yığmanın əsas simalarından sayılan Turan Bayramov (65 kq) ilk mərhələdə gürcü rəqibinə xal vermədən qalib gəlib. Gənclər arasında Avropa çempionu 1/8 finalda ABŞ idmançısına aman verməyib. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda iranlı pəhləvanla gərgin görüş keçirib. Bayramov 7:1 öndə olsa da, son dəqiqədə böyük üstünlüyü əldən verib və məğlub olub. Rəqib finala çıxdığı üçün Turan təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.

Əşrəf Aşırov (70 kq) mundiala inamlı start verib. Həmyerlimiz elə ilk hissədə İsrail idmançısını məğlub edib. Aşırov daha sonra ABŞ güləşçisini yolundan kənarlaşdırıb. Əşrəf 1/4 finalda gənclər arasında son Avropa çempionu olmuş moldovalı rəqibinə minimal fərqlə yenilib. Moldova təmsilçisi finaladək irəlilədiyi üçün həmyerlimiz təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

Abubakr Abakarov (79 kq) təsnifat mərhələsində ABŞ təmsilçisindən güclü olub. Ancaq Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb. Rəqibin finala vəsiqə qazanması Abakarova təsəlliverici görüşə çıxmaq imkanı verib.

Temraz İsmayılov (97 kq) debütdə hindistanlı həmkarına uduzub.

Azvision.az


Teqlər: Güləşçi  





Xəbər lenti