Fransa - Azərbaycan oyununun vaxtı dəqiqləşdi

Fransa - Azərbaycan oyununun vaxtı dəqiqləşdi
  14 Avqust 2019    Oxunub:1529
Avqustun 14-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
AFFA-dan Azvision.az -a verilən məlumata görə, komandamızın Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee”də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) keçiriləcək.

Azvision.az



Teqlər: AFFA   Fransa   Azərbaycan  





Xəbər lenti