Bakıda sürücülərə qarşı aksiya

Bakıda sürücülərə qarşı aksiya
  04 Dekabr 2013    Oxunub:1102
Dekabrın 6-dan iki gün ərzində Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM), Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə Park Bulvar AVM-də "Piyadayam: Yol hərəkəti qaydalarına riayət edək" şüarı ilə maarifləndirici aksiya keçiriləcək.

Mərkəzdən AzVision.az-a verilən məlumata görə, Azərbaycanda yol təhlükəsizliyinin təmin olunması sahəsində mövcud problemlərin aradan effektiv şəkildə qaldırılması vətəndaş cəmiyyətinin geniş iştirakını tələb edir.

Tədbir sürücü və piyadaların, uşaqların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması və İntellektual İdarəetmə Sistemi haqqında ətraflı məlumat verilməsi məqsədilə təşkil ediləcək.

Həmçinin, yol hərəkəti qaydaları haqqında viktorinalar da təşkil olunacaqdır. Aksiyaya dəstək məqsədilə millət vəkilləri, teleaparıcılar, sənətçilər tədbirdə övladları ilə birgə iştirak edəcəklər. Aksiya 3 gün, saat 17:00-dan 19:00-dək davam edəcək.

Qeyd edək ki, son illərdə yol nəqliyyat hadisələrinin, avtomobil idarə edərkən diqqətsizlik və qaydalara düzgün riayət olunmaması səbəbilə baş verən qəzalar və insan ölümlərinin sayının artmaqdadır. Bu kimi hadisələrin qarşısının alınması üçün belə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinə ehtiyac vardır.


Teqlər:  





Xəbər lenti