"Zirə" perulu müdafiəçini transfer edib

  14 Avqust 2019    Oxunub : 826
"Zirə" perulu müdafiəçini transfer edib
“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az xəbər verir ki, qəsəbə təmsilçisi perulu Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı müdafiəçi “Universidad San Martín” klubundan 1 illik icarəyə götürülüb.

Oyunçu daha öncə ölkəsində “Universitario de Deportes”, İtaliyada isə “Parma”, “Padova” və “Salernitana” komandalarının formasını geyinib.

Qeyd edək ki, A. Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydanda olub.

Azvision.az

Teqlər: ZirəFK   Transfer