“Eldar Namazov işini görə bilmirdi”- AÇIQLAMA
“El” rəsmisinin sözlərinə görə, Namazovun istefasından Milli Şura 10 gün əvvəl xəbərdar idi.
“Dünən Cəmil Həsənli də bu barədə məlumat verdi ki, təxminən 10 gün bundan əvvəl Eldar Namazov ona müraciət edib. Ondan öncə isə Rüstəm İbrahimbəyova müraciət edib və bildirib ki, İcra Aparatının rəhbəri vəzifəsini daşıya bilmir. Çünki çatdıra bilmirdi. O, “EL” hərəkatının sədridir, bundan başqa politoloq kimi də siyasi proseslərlə xeyli fəal məşğul olur. Ona görə də paralael olaraq Milli Şura aparatının işlərini aparmaq onun üçün çətindir. Həm Cəmil Həsənli, həm də Rüstəm İbrahimbəyov onun müraciətini normal qəbul etdilər. Istefanın səbəbləri çox sadədir və burada başqa heç bir siyasi məna yoxdur”.
Milli Şuraya daxil olan digər siyasətçilərə gəlincə isə, Z.Quliyev vurğulayıb ki, bu qurumdakı partiya sədrləri Eldar Namazov qədər iş görmürdülər.
“Eldar Namazov Milli Şuradan çıxmır, fəaliyyətini aktiv davam etdirəcək. Əslində Milli Şurada struktur dəyişiklikləri baş verir. Struktur sadələşdirilir. Aparatın bir başa sədrə tabe olması planlaşdırır. Yəni İcra Aparatına ehtiyac qalmır. Ona görə də eldar Namazovun müraciəti ilə struktur dəyişikliyi üst-üstə düşdü”.
Fatimə Kərimli
Teqlər: