Azərbaycanda 222 uşaq bağçada sətəlcəm olub

  Azərbaycanda 222 uşaq bağçada sətəlcəm olub
  15 Avqust 2019    Oxunub:2116
2018-ci ilin sonuna olan məlumata əsasən dövlət məktəbəqədər təhsil müəssisələrində 31505 xəstələnmə halı baş verib. Bunun 24844-ü 3 və yuxarı yaşda olan uşaqlarda qeydə alınıb.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, uşaqlar arasında ən çox qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası aşkar edilib.

Bundan əlavə, ötən il uşaq bağçalarında 16087 uşaq qripə yoluxub ki, bunun da 12766 nəfəri 3 və yuxarı yaşda olanlardır. Həmçinin 7729 uşaqda angina (kəskin tonzillit), 160 uşaqda bədbəxt hadisə, zəhərlənmə, 222 uşaqda sətəlcəm, 355 uşaqda bakterial dizenteriya, 144 uşaqda skarlatina qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Uşaq   Bağça   Xəstəlik  





Xəbər lenti