Hərbi maşın qəzaya uğradı: xəsarət alan var

Hərbi maşın qəzaya uğradı: xəsarət alan var
  04 Dekabr 2013    Oxunub:4718
Qusarda yol qəzası baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Türkiyə Respublikasının vətəndaşı 1982-ci il təvəllüdlü Tamer Tarıverdi Zekeriyya idarə etdiyi "Jeep Grand Cherokee" markalı maşınla idarəetməni itirib və əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən Müdafiə Nazirliyinin 1994-cü il təvəllüdlü Əsgərov Fariz Bəxtiyar oğlunun idarə etdiyi "ZİL 131" markalı yük avtomobilinin qabaq hissəsinə dəyib.

Hadisə nəticəsində maşındakı sərnişin Erdoğan Envər Hüseyn müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar rayon "OKİ" özəl tibb klinikasına müraciət yerləşdirilib.

Hadisəyə yağan qarın səbəb olduğu bildirilir.

Faktla bağlı Qusar rayon polis şöbəsində araşdırma aparılır.

Mirvari



Teqlər:  





Xəbər lenti