Azərbaycanın 6 aylıq idxal-ixrac əməliyyatları
2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin altı ayında buğda idxalı 7 faiz, təzə meyvə 2,4 faiz, xam şəkər və şəkər 2,5 dəfə, bitki yağları 0,9 faiz, çay 1,7 faiz, kartof 13,6 faiz, quş əti və onun əlavə məhsulları 14 faiz, mal əti 8,8 faiz, təzə tərəvəz 39,2 faiz, minik avtomobilləri 2 dəfə, polad prokatı 3,6 faiz, mineral gübrələr 10,5 faiz, hesablama maşınları, blok və qurğuları 23,6 faiz, məişət kondisionerləri 1,9 dəfə, mebellər 11,9 faiz, rezin şinlər 5,8 faiz, polietilen 15,1 faiz, yük avtomobilləri 1,6 dəfə, paltaryuyan maşınlar 1,2 faiz, qara metallardan künclüklər 24,8 faiz, avtobuslar 1,7 dəfə artıb, siqaret idxalı isə 41,6 faiz, kərə yağı, digər süd yağları və pastaları 2,4 faiz, qara metallardan borular 2,3 faiz, qara metallardan çubuqlar 5,3 faiz, sement və sement klinkerləri 32,7 faiz, məişət soyuducuları 9,9 faiz azalıb.
Azvision.az