4501 abituriyent ərizəsini təsdiqləyib

4501 abituriyent ərizəsini təsdiqləyib
  16 Avqust 2019    Oxunub:1535
Tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Azvision.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10:15-dək kolleclərə qəbul olmaq üçün 4501 (Azərbaycan bölməsi – 4316, rus bölməsi – 185) abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci nömrəsində dərc edilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Azvision.az


Teqlər: Kollec  





Xəbər lenti