Azərbaycanda şaxta olacaq

Azərbaycanda şaxta olacaq
  04 Dekabr 2013    Oxunub:904
Sabaha olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-3, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin bəzi cənub rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 8-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 7-də atmosfer təzyiqinin qısa müddətdə xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi diskomfort hissi yarada bilər.



Teqlər:





Xəbər lenti