Avtovağzaldan qiymət artımı ilə bağlı AÇIQLAMA
Bunu AzVision.az saytına açıqlamasında Bakı Beynəlxalq Avtovağzalın şöbə müdiri Mətləb Abidi bildirib.
Avtovağzal rəsmisi gediş haqlarının artırılması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib.
Onun sözlərinə görə, əgər qiymət artımı ilə bağlı Tarif Şurası qərar qəbul etsə, rayon və şəhərlər arası avtobusların qiymətlərində artım olacaq.
Qeyd edək ki, dekabrın 2-si Azərbaycan Tarif Şurasının iclası keçirilib. İclasda benzin və neft məhsullarının bahalaşması ilə bağlı qərar qəbul edilib.
Sevinc İltifatqızı