Gömrükdə qanunsuz siqaretlər aşkarlanıb

  16 Avqust 2019    Oxunub : 719
Gömrükdə qanunsuz siqaretlər aşkarlanıb
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanılıb.

Gömrük baxışı zamanı sözügedən nəqliyyat vasitəsinin baqajında, yanacaq çəni üçün nəzərdə tutulan qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 9600 ədəd “Heets” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Gömrük   Siqaret