“Milli Şura mitinq qərarı verməyib”- AÇIQLAMA
O bildirib ki, şuranın ötən gün keçirilən sessiyasında mitinqlə bağlı ümumi müzakirələr olsa da dəqiq qərar qəbul olunmayıb:
“Milli Şura sədri Cəmil Həsənli dedi ki, mitinq barədə yenidən müzakirə edib qərar qəbul edəcəyik. Mitinqin keçirilməsi nəzərdə tutulub, amma onun vaxtı və yeri hələ məlum deyil. Qərar qəbul olunandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, dekabrın 8-də Milli Şuranın mitinqi keçiriləcək.
Fatimə Kərimli
Teqlər: