“Əfqanıstana yardım etməyə hazırıq”- NAZİR
Nazir Elmar Məmmədyarov çıxış edərək, Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazır və qadir olduğunu bildirib.
Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstan ilə münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd edərək, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulayıb.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarov ikitərəfli görüşlər keçirib.