ARDNŞ neft ixracını dayandırır

ARDNŞ neft ixracını dayandırır
  04 Dekabr 2013    Oxunub:949
Azərbaycanda baş verən iqtisadi proseslər, avtomobillərin sayının artması nəticəsində ölkədə benzinə olan tələbat daim artır.
AzVision.az xəbər verir ki, bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

D.Məmmədovun sözlərinə görə, bu tələbatın orta illik artım tempi son illər ərzində 10%-dən çoxdur: «Aydındır ki, bu şəraitdə benzin istehsalının artırılması zəruridir və bunun üçün əlavə neft həcmləri tələb olunur. Bu səbəbdən də Dövlət Neft Şirkəti gələn il özünə məxsus xam neftin ixracını tam dayandıracaq və həmin həcmi benzin istehsalına yönəldəcək».

Bununla yanaşı Şirkət rəsmisi qeyd edib ki, ARDNŞ bu il ərzində neftin ixracını artıq azaldır və bunun nəticəsində daxili bazarda benzinə olan tələbat təmin olunur. Lakin eyni zamanda mövcud benzin ehtiyatlarından da istifadə olunur. Nəticədə, Azərbaycanda benzin ehtiyatının həcmi cəmi 17 min tona enib ki, bu da orta hesabla təxminən daxili tələbatın 4 gün təmin edilməsinə kifayətdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayı ərzində Azərbaycanda 1,171 mln. ton benzin satılıb və 1,170 mln. ton benzin istehsal edilib. ARDNŞ-in proqnozlarına görə, benzinə olan daxili tələbat ilin sonuna kimi təxminən 1,420 mln. tona çatacaq.


Teqlər:





Xəbər lenti