Süni qiymət artıranlar cəzalandırılacaq

Süni qiymət artıranlar cəzalandırılacaq
  04 Dekabr 2013    Oxunub:1296
“Bu cinayətdir, qarşısını almaq üçün tapşırıqlar veriləcək”

Son günlər bölgələrdə mobil danışıq kartlarının satış qiymətlərində süni qimyət atrımı müşahidə olunur. Belə ki, mobil operatorlar danışıq kartlarının üzərində dəqiq qiymət göstərsələr də, rayonlarda satıcılar həmin məbləği süni şəkildə artıraraq kartları 20, 30 qəpik baha qiymətə satışa çıxarırlar. Bu da yerli sakinlərin narazılığına səbəb olur.

Məsələ ilə bağlı AzVision.az saytı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin münasibətini öyrənib.

Nazir müavini İltimas Məmmədov bu barədə məlumatsız olduğunu bildirib. O qeyd edib ki, bu haqda ilk dəfədir ki, eşidir və nazirliyə belə şikayət daxil olmayıb.

“Çox maraqlı bir məsələdir. Mən sizə deyim ki, bunu sizdən eşidəndən sonra düşünürəm ki, bu necə ola bilər. Əslində mobil operatorlar o kartı satanlara əlavə pul almasın deyə , pul ödəyir. Yəni kartı kim satırsa, kartın dəyəri 5 manatdırsa, 5 manat da almalıdır. Mən mobil operatorlar qarşısında məsələ qaldıracam ki, onlar özləri reydlər təşkil etsin. Çünki bu sadəcə onu satan adamın cinayətidir. Mən ilk dəfədir ki, bu məsələni eşidirəm”-deyə, İ.Məmmədov qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti