“Qarabağ”ın oyunu isveçrəli hakimlərə tapşırıldı

“Qarabağ”ın oyunu isveçrəli hakimlərə tapşırıldı
  18 Avqust 2019    Oxunub:2210
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının hakimləri məlum olub.
Azvision.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın “Linfild” klubu ilə Şimali İrlandiyada keçiriləcək görüşünü isveçrəli hakimlər idarə edəcək.

Matçın baş hakimi Sandro Şarer olacaq. Ona yan xətt hakimləri Stefan De Almeyda və Bekim Zoqay, dördüncü hakim Fedayi San yardım edəcəklər.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti