Səlim Müslümov yenə vətəndaşlarla görüşə gedir

Səlim Müslümov yenə vətəndaşlarla görüşə gedir
  04 Dekabr 2013    Oxunub:1128
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda vətəndaşları qəbul edəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 6-da saat 10:00-da Şabran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda iştirak edəcək vətəndaşların Nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Şabran rayonuna aparılıb gətirilmələri təmin ediləcək.

Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Nazirliyin Aparatında (012) 541 98 05,

Rayonlar üzrə Əhalinin sosial müdafiəsi mərkəzlərində:


Quba - (023-33) 5-39-79;
Qusar - (023-38) 5-25-43; 5-33-45.
Xaçmaz - (023-32) 3-34-11; 5-38-73.
Şabran - (023-35) 3-27-92; 3-24-81.
Siyəzən - (023-30) 4-06-34;
Xızı - (023-31) 5-02-18; 5-02-18.


Teqlər:  





Xəbər lenti