BQXK Azərbaycana keçən erməni hərbçiyə baş çəkib

BQXK Azərbaycana keçən erməni hərbçiyə baş çəkib
  20 Avqust 2019    Oxunub:2541
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndələri bu yaxınlarda təmas xəttini keçən milliyətcə erməni olan şəxsə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Azvision.az -a açıqlamasında deyib ki, başçəkmə Beynəlxalq Qızıl Xaç Komitəsinin standart prosedurlarına uyğun həyata keçirilib:

"Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə baş çəkir ki, onlarla rəftarı, onların saxlanılması şəraitini monitorinq etsin və həmin şəxslərin ailə əlaqə yaratmalarına imkan yaratsın".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Azvision.az


Teqlər: BQXK  





Xəbər lenti