Pilot Rəşad Atakişiyevin 34 illik ömür yolu - FOTOLAR

 Pilot Rəşad Atakişiyevin 34 illik ömür yolu -  FOTOLAR
  20 Avqust 2019    Oxunub:69855
Xəbər verdiyimiz kimi, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi bu gün tapılaraq dənizdən çıxarılıb.
Sabah saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.



Azvision.az -ın məlumatına görə, Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib.



2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib. Mərhum Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb.

Qeyd edək ki, polkovnik-leytenant Rəşad Atakişiyev, sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir. Mərhumun 3 və 7 yaşında oğul övladları yadigar qalıb.













Anar Kəlbiyev
Azvision.az


Teqlər: Pilot   RəşadAtakişiyev  





Xəbər lenti