Türkiyə Ukrayna ilə birgə döyüş PUA-sı istehsal edəcək

Türkiyə Ukrayna ilə birgə döyüş PUA-sı istehsal edəcək
  20 Avqust 2019    Oxunub:1813
Ukraynanın "Ukrspetsexport" dövlət şirkəti ilə Türkiyənin "Baykar Defence" şirkəti birgə "Akinci" döyüş pilotsuz uçuş aparatı istehsal edəcək.

Azvision.az xəbər verir ki, bu barədə "Ukroboronprom" konserninin mətbuat xidməti məlumat yayıb.
"Layihə Ukrayna və Türkiyənin müdafiə komplekslərinin ən böyük sektorlarının birləşdirilməsi yolu ilə həyata keçirilir",- deyə konsernin direktoru Pavel Bukin bildirib.

Qeyd olunub ki, onun ən böyük üstünlüklərindən biri adi təyyarələrdə artıq istifadə olunan döyüş sursatları ilə yüksək dəqiqlikli zərbə enidrmək olacaq. "Akinci" ağır pilotsuz uçuş aparatları sinfinə aiddir və 12 km hündürlükdə uçuşu təmin edən, Ukrayna istehsalı olan iki mühərriklə təchiz olunacaq.

Aparat bir tondan çox bomba yükünü daşıma qabiliyyətinə malik olmaqla yanaşı, 24 saata qədər uça biləcək. Eyni zamanda aparat teplovizor və aktiv fazalı antenli radarlarla təchiz ediləcək.

Türkiyə tərəfi isə bundan əvvəl bildirmişdi ki, pilotsuz uçuş aparatının təchizatına 2021-ci ildə başlanılacaq.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə   Ukrayna   PUA  





Xəbər lenti