İlham Əliyev kralı təbrik edib

İlham Əliyev kralı təbrik edib
  04 Dekabr 2013    Oxunub:1144
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tailand Kralı Bhumibol Adulyadejə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Tailand Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tailand münasibətlərinin və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".


Teqlər:  





Xəbər lenti