Honduras millisinin hücumçusu “Sabah”da

Honduras millisinin hücumçusu “Sabah”da
  21 Avqust 2019    Oxunub:1691
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsillçisi Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib. 29 yaşlı hücumçunun son komandası Kosta-Rikanın “Alaxuelense” klubu olub. Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.

Azvision.az



Teqlər: Sabah   Honduras  





Xəbər lenti