Elmar Məmmədyarov Kiyevə getdi

Elmar Məmmədyarov Kiyevə getdi
  05 Dekabr 2013    Oxunub:895
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərinə yola düşüb. AzVision.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, səfərdə məqsəd sabah Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etməkdir.

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri planlaşdırılır.


Teqlər:





Xəbər lenti