Tramp Rusiyanın “G7”yə qayıtmasına razılıq verdi

Tramp Rusiyanın “G7”yə qayıtmasına razılıq verdi
  21 Avqust 2019    Oxunub:1759
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Rusiyanın 2020-ci ildə “Böyük yeddiliyə” qaytarılması təklifi ilə razılaşıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Trampın bu məsələni həftəsonu Fransanın Biarritz şəhərində keçiriləcək “G7” liderlərinin sammitində digər dövlət rəhbərləri ilə müzakirə edəcəyi gözlənilir.

Bundan əvvəl isə ABŞ prezidenti bildirmişdi ki, Rusiyanın “G7” tərkibində olması daha məqbuldur. Onun sözlərinə görə, “G7”-də keçirilən müzakirələrin çoxu Rusiya ilə bağlıdır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: EmmanuelMakron   DonaldTramp  





Xəbər lenti