Yığmamızın sabiq baş məşqçisi vəfat edib

  22 Avqust 2019    Oxunub : 1029
 Yığmamızın sabiq baş məşqçisi vəfat edib
Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. Bildirilib ki, braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "professor" ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Komandamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.

Azvision.az

Teqlər: Milli   Məşqçi