Anası tərəfindən zəncirlənən uşaq sığınacağa yerləşdirilib
“Baş vermiş hadisə ilə bağlı KİV-dən əldə edilmiş məlumatlar əsasında məsələnin daha ətraflı araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna məktub göndərilib. Məlumatlara əsasən, hazırda zorakılığa məruz qalmış uşaq sığınacağa yerləşdirilib. Uşaqla bağlı iş aparılır. Ona hüquqi, tibbi, psixoloji yardım edilir. Bundan əlavə, uşaq sığınacaqda qida və geyimlə təmin ediləcək. Məsələ ilə bağlı cinayət işi açılıb və hazırda istintaq davam etdirilir".
Aytən Zəhra
Azvision.az