“Azadlıq” nazirlərdən üzr istədi

“Azadlıq” nazirlərdən üzr istədi
  12 Mart 2013    Oxunub:1430
Qəzet Kəmaləddin Heydərov Ramil Usubovdan üzr istədi
AzVision.a xəbər verir ki, qəzetin “Təkzib” rubrikası altında gedən üzrxahlıqda deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: “Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adı çəkilən məmurlardan üzrxahlıq edirik”.

Qeyd edək ki, keçən həftə Ramil Usubov və Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə veriblər. Yasamal Rayon Məhkəməsinə üz tutan nazirlər “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısına görə baş redaktorun Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) ilə məsuliyyətə cəlb olunmasını istəyirlər. Həmin maddə yüz manatdan beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatadək müddətə ictimai işlər, iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzaları nəzərdə tutur.



Teqlər:  





Xəbər lenti