“Qarabağ” səfərdə məğlub oldu - Yenilənib

 “Qarabağ” səfərdə məğlub oldu -  Yenilənib
  23 Avqust 2019    Oxunub:4558
Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” Şimali İrlandiyada “Linfild”lə qarşılaşıb. “Windsor Park” stadionunda keçirilən görüşü isveçrəli hakimlər briqadası idarə edib.

Ağdam klubu matçın 15-ci dəqiqəsində hesabı açıb. Rerras Faysal dəqiq zərbə ilə adını qol siyahısına yazdırıb.

40-cı dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirib. Mark Stefford fərqlənib. İlk hissəsnin sonuncu dəqiqəsində "Linfild" ikinci qolu "Qarabağ"ın qapısından keçirib. 75-ci dəqiqədə rəqib komanda üçüncü qola sevinib. Görüşün artırma dəqiqələrində (90+3" "Qarabağ" hesab arasındakı fərqi azaldıb. Beləliklə, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Azvision.az



Teqlər: Qarabağ   UEFA   Avroliqa  





Xəbər lenti