Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb

Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb
  23 Avqust 2019    Oxunub:1501
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
Azvision.az xəbər verir ki, baş hakim avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.

Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün “Minerva” - “Miercurea Ciuc” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq.

Azvision.az



Teqlər: FİFA  





Xəbər lenti