ARDNŞ-in aylıq hesabatı

ARDNŞ-in aylıq hesabatı
  05 Dekabr 2013    Oxunub:1008
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) noyabr ayında həyata keçirilmiş qazma işləri ilə bağlı məlumat yayıb. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin noyabr ayı ərzində 12401 metr qazma işi həyata keçirilib.

Bildirlib ki, bu sahədə görülmüş işlərin 11771 metri istismara, 630 metri isə kəşfiyyata aiddir.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 138439 metr qazma işi görülüb ki, bunun da 131475 metri istismara, 6964 metri kəşfiyyata aid olub.

AzVision.az


Teqlər:





Xəbər lenti