“Qarabağ” – “Linfild” matçının hakimləri açıqlandı

  23 Avqust 2019    Oxunub : 675
“Qarabağ” – “Linfild” matçının hakimləri açıqlandı
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Linfild” matçının hakimləri açıqlanıb.
Azvision.az xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey İvanovdur. Ona bu işdə Roman Usaçov və Valeri Dançenko yardım edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.

Qeyd edək ki, cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk oyunda Şimali İrlandiya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Azvision.az

Teqlər: Qarabağ   Avroliqa   Hakim   UEFA