Bakıda sərnişin avtobusu mağazaya girdi

Bakıda sərnişin avtobusu mağazaya girdi
  05 Dekabr 2013    Oxunub:967
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “Daewoo” markalı avtobus ilə “Qaz” markalı minik avtomobili toqquşub.
Nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılaraq deformasiyaya uğrayıb, sürücüsü isə deformasiyaya uğramış avtomobildə sıxılımış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veribər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:01-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti