Azərbaycan millisi Hollandiyaya qarşı

Azərbaycan millisi Hollandiyaya qarşı
  25 Avqust 2019    Oxunub:1636
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirəcək.
Azvision.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdə təşkil olanacaq görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib.

Azvision.az




Teqlər: Voleybol   Avropa-Çempionatı  





Xəbər lenti