Səfirlik Çingiz Qənizadənin təklifinə “hə” dedi

Səfirlik Çingiz Qənizadənin təklifinə “hə” dedi
  05 Dekabr 2013    Oxunub:1137
Ötən gün İranın Bakıdakı səfirliyi Bəhram Feyzin adlı İran vətəndaşının saxlanma şəraitindən şikayət edərək , onun həbsxanada aclıq aksiyasına başladığını bəyan edib. Bir müddət əvvəl də Bakıda həbsdə olmuş digər İran vətəndaşı Həsən Fərəci ailəsinə saxlanıldığı həbsxanadan şikayət etmişdi.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, millət vəkili Çingiz Qənizadə saytımıza açıqlamasında bu məlumataların yalnış olduğunu bildirib və İranın Bakıdakı səfirinə müraciət edərək onu iran vətəndaşlarının həbsdə olduğu cəzaçəkmə müəssisələrinə birgə baş çəkməyə çağırıb.

AzVision.az Çingiz Qənizadənin təklifinə cavab almaq üçün İranın Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, onlar da deputatın görüş təklifinə müsbət yanaşırlar.

“Bizim yaydığımız məlumatda, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin baş konsulu Möhsün Mövlayi İran vətəndaşı Bəhram Feyzinin səfirlik nümayəndəsi ilə görüşü ilə bağlı məlumat qeyd olunub. Lakin bu barədə bir neçə dəfə nota təqdim etməyimizə baxmayaraq, hələ də məsələ təmin edilməyib. Biz də vətəndaşımızla görüşüb, onun saxlanma şəraiti ilə tanış olmaq istəyirik. Amma icazəsiz necə gedib, görüşə bilərik?”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti