“Bakı-Tbilisi-Qars”a ilk qatarın buraxılacağı vaxt açıqlandı

“Bakı-Tbilisi-Qars”a ilk qatarın buraxılacağı vaxt açıqlandı
  05 Dekabr 2013    Oxunub:1342
“Qədim İpək yolu salındığı andan etibarən təkcə yük daşınmalarına yox, həm də xalqları və mədəniyyətləri yaxınlaşdırmağa xidmət edib. Bu, indi də belə olmalıdır”. Bu sözləri Xəzər Forumunda keçirilən paneldə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

Hazırda Azərbaycanın nəqliyyat sektoruna investisiya qoymaq üçün münbit şəraitin yaradıdığını bildirən nazir deyib ki, son 5 ildə ölkədə nəqliyyata cəlb olunan investisiyaların həcmi bütün iqtisadiyyata yönəldilmiş yatırımların 20%-nə bərabərdir.

“Ölkəmiz Qafqazdan keçən Avrasiya nəqliyyat bağlantılarının bir çoxunun təşəbbüsçüsü və fəal iştirakçısıdır”,- deyən Ziya Məmmədov qeyd edib ki, 2014-cü ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilk qatar buraxılacaq.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda dəmir yolu parkının tam yeniləşdirilməsi həyata keçirilir. Bu da ölkənin dəmir yollarında hərəkətin ümumi sürətini artıracaq və yük daşınmalarını çoxaldacaq.

Eyni zamanda yeni Bakı Dəniz Limanının qurulduğunu deyən Ziya Məmmədov bildirib ki, bundan sonra liman 25 milyon ton quru yük və 1 milyon ədəd konteyner qəbul edə biləcək.


Vüsal Məmmədov
AzVision.az / İstanbul


Teqlər:





Xəbər lenti