İlham Əliyevin Xəzər Forumuna müraciəti

İlham Əliyevin Xəzər Forumuna müraciəti
  05 Dekabr 2013    Oxunub:1015
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən III Xəzər Forumununun iştirakçılarına müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub:

"Hörmətli forum iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. Hesab edirəm ki, hökumət rəsmilərinin, siyasətçilərin, elm adamlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin və biznes nümayəndələrinin iştirak etdiyi bu mötəbər toplantılar region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması, tarixi İpək Yolunun canlandırılması, Avropanın enerji xəritəsini dəyişməyə qadir olan yeni-yeni nəhəng transmilli layihələrin reallaşdırılması işinə əhəmiyyətli töhfə verə bilər".

Şərqlə Qərbi qovuşduran Xəzər regionu ötən yüzilliyin sonlarından dünyanın önəmli geostrateji mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin ardınca Trans-Anadolu və Trans-Adriatik boru xətlərinin tikintisinə dair yeni sazişlərin imzalanması Cənub Dəhlizinin gerçəkləşdirilməsi prosesinə güclü təkan vermiş, Xəzər enerji resurslarının daha əlverişli marşrutlarla dünya bazarlarına nəqlinə şərait yaradıb.

Son 10 ildə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı regionda və dünyada iritutumlu layihələr həyata keçirməyə, müxtəlif ölkələrin yanacaq-enerji kompleksinə, sənayesinə və sosial infrastrukturuna böyük məbləğdə sərmayələr yatırmağa imkan verib. Bizim təşəbbüsümüzlə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu isə Böyük İpək Yolunun bərpası istiqamətində növbəti addım olaraq müxtəlif svilizasiya və mədəniyyətlərin daha da yaxınlaşmasına xidmət edəcəkdir. Ümid edirəm ki, forumda aparılan müzakirələr və irəli sürülən təkliflər Xəzər bölgəsinin dövlətləri və xalqları arasında əlaqələrin genişlənməsinə, əməkdaşlığın yeni forma və istiqamətlərinin müəyyənləşməsinə, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir. Forum iştirakçılarını bir daha təbrik edir və toplantının işinə uğurlar diləyirəm".




Teqlər:





Xəbər lenti