TQDK-da kollegiya iclası keçirilib
İclasda TQDK bir çox məsələləri müzakirə ediblər. Gündəlikdəki məsələlər bunlar olub:
1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin müzakirəsi;
2. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İT-infrastrukturunun domenlərinin inkişafının reallaşdırılması üzrə tövsiyələr ” adlı hesabatın müzakirəsi (hesabat “Dinamik infrastruktur” seminarın nəticəsində İBM-im sistem memarları (arxitektorları) tərəfindən hazırlanıb);
3. Dünya Bankının Eksperti M.Klarkın “Təhsilalanların biliyinin qiymətləndirilməsi sistemlərində ən əsası nədir: əsas istiqamətlər” adlı hesabatının müzakirəsi;
4. Cari məsələlər.
Kollegiya iclasına üzvlərdən başqa bir sıra mütəxəssislər də dəvət edilib.
Teqlər: