Rüstəm Orucov finalda məğlub oldu

Rüstəm Orucov finalda məğlub oldu
  27 Avqust 2019    Oxunub:1719
Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatını ikinci pillədə başa vurub.
Azvision.az xəbər verir ki, R.Orucov (73 kq) belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib.

Finala gedən yolda R.Orucovun rəqibi komanda yoldaşı Hidayət Heydərov olub. Çüdoçularımızın duelindən R.Orucov qalib ayrılaraq finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi “Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi yaponiyalı Şohei Ono olub. Rəqibinə məğlub olan R.Orucov dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

Azvision.az



Teqlər: Çüdo  





Xəbər lenti