Türkiyəli nazir: `İşin beli qırıldı`

Türkiyəli nazir: `İşin beli qırıldı`
  05 Dekabr 2013    Oxunub:1364
“Bakı-Tiflis-Qars dəmir yolu layihəsi Xəzər bölgəsinin önəmli bir layihəsidir və regional proyekt kimi görünsə də, əslində qlobal mahiyyət daşıyır”. Bu sözləri “Çırağan” otelində keçirdiyi mətbuat konfransında Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Binəli Yıldırım deyib.

Nazir bildirib ki, layihənin reallaşması üçün heç bir siyasi və maliyyə problemi yoxdur. Gecikmələr isə onunla bağlıdır ki, üç ölkənin ərazisində gedən işləri uyğunlaşdırmaqda müəyyən texniki çətinliklər yaranır. Yəni gecikmələr firmaların üzündən və ya hüquqi baxımdan olur.

“Amma daha hər şey yoluna düşüb. `İşin beli qırldı` deyə bilərik”,- deyə Binəli Yıldırım vurğulayıb.

Hazırda nazirin mətbuat konfransı davam edir.

Vüsal Məmmədov
AzVision.az / İstanbul


Teqlər:  





Xəbər lenti