Erik Rubin prezidentlərin Vyana görüşünü alqışladı

Erik Rubin prezidentlərin Vyana görüşünü alqışladı
  06 Dekabr 2013    Oxunub:1004
Erik Rubin: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa olunması nizamlanma prosesində irəliləyiş üçün çox vacibdir.

"Ötən aylar ərzində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların yenidən bərpa olunması ABŞ-ı çox sevindirir və hesab edirik ki, bu faktın özü prosesdə irəliləyişin əldə edilməsi üçün çox vacibdir".

AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı verdiyimiz bəyanatda da bildirmişdik ki, biz prezidentlərin bu işdə göstərdiyi qətiyyəti, cəsarəti və müdrikliyi alqışlayırıq. Həmçinin prezidentlərin xarici işlər nazirlərinə yenidən görüşmək və prosesi davam etdirməklə bağlı verdikləri tapşırığı da alqışlayırıq və hesab edirik ki, bu, münaqişənin danışıqlar yolu ilə həll edilməsi baxımından önəmlidir".

E.Rubin bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr olkəsi kimi özünün yeni həmsədri Ceyms Uorlikin fəaliyyəti sayəsində əlindən gələni edəcək ki, münaqişənin həll edilməsi üçün imkanlar artırılsın və qarşıdan gələn ildə də bu imkanlar artırılsın, münaqişə tərəfləri üçün faydalı olan nizamlanmaya nail olunsun.

Eləcədə Erik Rubin ABŞ-ın silah satışına qoyulan qadağaya aydınlıq gətirilib.

O, qeyd edib ki, bu, ABŞ administrasiyası tərəfindən həll olunan məsələ deyil.

Bakıya səfəri çərçivəsində Azərbaycanın yeni müdafiə naziri ilə çox səmərəli görüş keçirdiyini deyən E.Rubin vurğulayıb ki, ABŞ müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir:

"Mən yeni nazirlə görüşümdə bildirdim ki, biz ümid edirik ki, yeni nazirlə və onun rəhbərlik etdiyi nazirliklə əlaqələrimiz daha sıx şəkildə davam edəcək".


Teqlər:  





Xəbər lenti