Albaniyadan ARDNŞ-ə dəvət
AzVision.az xəbər verir ki, bunu Albaniyanın iqtisadiyyat və energetika naziri Damian Qiknuri cümə axşamı İstanbulda keçirilən III Xəzər Forumu çərçivəsində panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Albaniya və Avropanın cənub-şərq regionu perspektivli və mənimsənilməmiş qaz bazarına malikdir.
D.Qiknuri bildirib ki, Albaniya Monteneqro və Xorvatiya ilə Trans-Adriatik qaz kəmərinin (TAP) həmin ölkələrin ərazisi ilə davam etdirilməsini fəal müzakirə edir.