İlham Əliyev Xəzər regionunun dövlət adamı seçildi

İlham Əliyev Xəzər regionunun dövlət adamı seçildi
  06 Dekabr 2013    Oxunub:1311
İstanbulun `Çırağan` otelində keçirilən `Xəzər Forumu`nda bu dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyev Xəzər regionunda ilin dövlət adamı seçilib.

Mükafatı Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova təqdim edib.

Digər mükafatlar hazırda təqdim olunmaqdadır:

`İlin Xəzər Layihəsi` - TANAP-a görə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədova təqdim olunub.

`Xəzər elm adamı` - Tarixçi alim Kemal H. Kaprat seçilib. Mükafatı Azərbaycanın Neft Fondunun rəhbəri Şahmar Mövsümov təqdim edib.

Xəzər idman ödülü - Şəhriyar Məmmədov. Azərbaycanlı şahmatçıya mükafatı Albaniyanın enerji naziri Demian Qjiknuri verib.

Xəzər sənət ödülü - Tünzalə Ağayeva.

Vüsal Məmmədov
AzVision.az / İstanbul


Teqlər:  





Xəbər lenti