“Qarabağ” Avroliqanın qrup mərhələsində - Yenilənib

 “Qarabağ” Avroliqanın qrup mərhələsində -  Yenilənib
  30 Avqust 2019    Oxunub:5410
“Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsində cavab oyununa çıxıb.

Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşıb. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edib.
Görüşün 6-cı dəqiqəsində hesab açılıb. "Qarabağ"ın heyətində Xayme Romero fərqlənib. Matçın ilk hissəsi Ağdam klubunun üstünlüyü ilə başa çatıb.

88-ci dəqiqədə Abdulla Zubir "Qarabağ"ın ikinci qolunu vurub. Rəqib vurulan qollardan birinin əvəzini çıxıb.

Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bununla da son ölkə çempionu Avropa Liqasının qrup mərhələsinə yüksəlib.





Azvision.az


Teqlər: Qarabağ   UEFA  





Xəbər lenti