“Qarabağ” avrokuboklardan nə qədər qazandı?

 “Qarabağ” avrokuboklardan nə qədər qazandı?
  30 Avqust 2019    Oxunub:2316
Avropa Liqasının qrup mərhələsinə 5-ci dəfə vəsiqə qazanan "Qarabağ" klubunun əldə etdiyi mükafat bəlli olub.
Azvision.az xəbər verir ki, "Qarabağ" yarışlardan 2,92 milyon avro mükafat qazanıb.

Ağdam təmsilçisi bunadək UEFA Çempionlar Liqasında 1-ci, 2-ci və 2-cü təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280, 380 və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro gəlir əldə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə isə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, səkkizdəbir final iştirakçıları 1,1 milyon avro, dörddəbir finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar isə 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.

Azvision.az



Teqlər: Qarabağ   UEFA  





Xəbər lenti