Mikayıl Cabbarov “yeni il qadağası”nı ləğv etdi

Mikayıl Cabbarov  “yeni il qadağası”nı ləğv etdi
  06 Dekabr 2013    Oxunub:1468
Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində yeni il şənliklərinin keçirilməsinə icazə verib.

Bu barədə AzVision.az-ın sorğusuna Təhsil Nazirliyinin cavabında bildirilib.

Nazirlikdən rəsmi olaraq qeyd edilib ki, orta məktəb rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında yeni illə bağlı ümumməktəb tədbirləri keçirə bilər.

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov dönəminsə isə orta məktəblərdə yeni il şənliklərinin keçirilməsi qadağan edilmişdi. Buna səbəb isə şənliklər zamanı xoşagəlməz hadisələrin olmasını bildirilirdi.

Sevinl İltifatqızı


Teqlər:  





Xəbər lenti