Axtarışda olan Hüseyn Abdullayevdən nə xəbər?

Axtarışda olan Hüseyn Abdullayevdən nə xəbər?
  06 Dekabr 2013    Oxunub:1368
Milli Məclisin sabiq deputatı, hazırda Almaniyada mühacirətdə olan bəstəkar Hüseyn Abdullayev barəsindən açılan cinayət işində hələ heç bir yenilik yoxdur.
Bunu AzVision.az-a açıqlamasında H.Abdullayevin vəkili Akif Əlizadə bildirib.

Vəkil hazırda işdə mühüm bir yenilik olmadığını deyib.

A.Əlizadə Hüseyn Abdullayevin cinayət işi ilə bağlı xəbərləri özü mətbuata yayımlayacağını bildirib.

Xatırladaq ki, H.Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunur. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Abdullayev hazırda Almaniyadadır. Azərbaycanın hüquq-mühafizə orqanları bir müddət öncə eks-deputatı İnterpol vasitəsilə axtarışa verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti