“Sumqayıt” klubu bəyanat yayıb

“Sumqayıt” klubu bəyanat yayıb
  02 Sentyabr 2019    Oxunub:1659
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasında III turun "Neftçi" ilə səfər oyununda baş vermiş insidentlə əlaqədar üzr istəyib.
Azvision.az xəbər verir ki, bu barədə klubun bəyanatında bildirilib.

"Hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. “Bakcell Arena”dakı “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən üzr istəyirik. Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq.

“Sumqayıt” futbolun bir idman növü olaraq hörmət və ehtiram ("Respect") kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır. Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!”,- deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçının sonlarında iki komandanın üzvləri arasında dava düşüb.

Azvision.az



Teqlər: Sumqayıt   Klub   Bəyanat  





Xəbər lenti